-
- 4-11-2019, 09:40
- 731
Məktəblər bağlandı, uçuşlar ləğv edildi - DÜNYANIN ƏN ÇİRKLİ ŞƏHƏRİ
Hindistanın şimalında, xüsusən də Dehlidə havanın çirklənməsi səviyyəsi dözülməz həddə çatıb.
News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bununla bağlı Dehlidə məktəblər bağlanıb, 30-dan çox uçuş ləğv edilib və duman səbəbiylə tikinti işləri dayandırılıb.
Göstəricilərə əsasən havadakı zərərli hissəciklər PM 2.5 həddindədir. Bu isə Pekindən yeddi dəfə çox, ÜST tərəfindən təhlükəsiz sayılan səviyyədən bir neçə dəfə yüksəkdir.
Hindistan Səhiyyə Nazirliyinin nümayəndəsi Varun Jhaverinin "Twitter"də "Delhidə o qədər çirkli hava var ki, havanın keyfiyyət indeksini ölçmək mümkün deyil. Avadanlıqlar üçrəqəmli tablosuna sahib olduqları üçün 999 göstəricisində donublar" sözlərini yazıb.
Hindistanda havanın kəskin şəkildə pisləşməsinin əsas səbəbi, mövsümün sonunda tarlalarda qalan zəmilərin yandırılması, həmçinin Divali bayramında alovların qalanması, tikinti zamanı əmələ gələn toz, nəqliyyat vasitələrindən çıxan zərərli qazlar və sənaye tullantılarının atılmasıdır.