"Ürəyimizi yeyirik ki, indi nəsə olacaq" - Zığda 40 ailənin həyatı təhlükədə -FOTO-VİDEO
    • 4-11-2019, 17:18
    • 1 162

"Ürəyimizi yeyirik ki, indi nəsə olacaq" - Zığda 40 ailənin həyatı təhlükədə -FOTO-VİDEO

Suraxanı rayonu Zığ kəndi Hətəm Allahverdiyev ünvanında yaşayan 40 ailənin həyatı təhlükədədir”.
Bu barədə News24.az-a kənd sakini Səriyyə Məcidova bildirib. 

Onun sözlərinə görə, bu ərazidə yerləşən evlər 2016-cı ildən sürüşmə zonasına aid edilib: “2019-cu ilin mart ayında bizə dedilər ki, evdən çıxmalısınız. Fövqəlada Hallar Nazirliyi qərar verdi ki, ərazidə torpaq sürüşməsi olduğundan burada yaşayan 40 ailə üçün ciddi təhlükə var. Bu ailələr təcili olaraq köçürülməlidir. O qərar veriləndən neçə ay keçib, amma hələ də bir dəyişiklik yoxdur. Biz hələ də təhlükə ilə üz-üzəyik”. 
S.Məcidova deyib ki, əlacsız qalan ailələr dərdini demək üçün Nazirlər Kabinetinə gediblər: “Hacıbala Abutalıbovla  görüşmək istəyirdik. Orda özü yox, başqa əməkdaşlar bizi qəbul elədi. Dedilər ki, probleminiz həll olunacaq. Amma orda da dərdimizə carə eləyən olmadı. Səsimizi hörmətli Prezidentimizə çatdıran yoxdur. İndi havalar yağışlıdır deyə, evlərimiz suyun içindədir. Yağan yağışın hamısı evimizın içindədir. Sürüşmə də yağışlar yağan kimi  artır. Ürəyimizi yeyirik ki, birdən nəsə baş verər. Biz qorxu içindəyik, bizə kömək edin”. 
Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. 

Afaq Mirayiq