-
- 4-11-2019, 17:49
- 791
Boşandığı arvadının başını kəsən Vüsal: "Peşman deyiləm..."
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Abbas Orucov ifadə verib.
O bildirib ki, mərhum F.Məmmədova dəfələrlə əri tərəfindən fiziki təzyiqə məruz qalması barədə onlara məlumat verib. Müraciətlərə əsasən, V.Məmmədovu dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb etsələr də, o, yenə də əməlindən əl çəkməyib.
Şahid suallara cavab olaraq bildirib ki, V.Məmmədov izahatında arvadını əxlaqsızlığa görə döydüyünü desə də, qonşular qadın haqqında hər zaman müsbət fikirlər söyləyiblər.
Şahidin ifadəsindən sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Məlum olub ki, əvvəllər müxtəlif əməllərə görə dəfələrlə məhkum edilən V.Məmmədov arvadını döydüyü üçün məhkəmə həm qısamüddətli, həm də uzunmüddətli uzaqlaşdırma orderi çıxarıb. Onlar rəsmi olaraq 10 yanvar 2019-cu ildə rəsmi olaraq boşanıblar. Ancaq Vüsal yenə də qadını təqib edərək öldürəcəyi ilə hədələyib və may ayında cinayəti reallaşdırıb.
Prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses noyabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 42 yaşlı Vüsal Məmmədov Muxtar Fətəliyev küçəsində yerləşən yaşayış binasının girişində 41 yaşlı həyat yoldaşı Məmmədova Fəridə İsmayıl qızını bıçaqla vurub və boğazını kəsib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisə yerindən qaçan 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib.
V.Məmmədov hadisəni namus üstündə törətdiyini deyib və əməlindən peşman olmadığını bildirib: "Mən öldürmüşəm və peşman da deyiləm. Vicdanım təmizdir". //report