"Ağır ol bir az, ayıbdır, kişiliyin, sanbalın olsun" - Nazilə Səfərlidən sevgilisinin QOLUNU PAYLAŞANLARA - VİDEO - FOTOLAR
    • 5-11-2019, 16:47
    • 689

"Ağır ol bir az, ayıbdır, kişiliyin, sanbalın olsun" - Nazilə Səfərlidən sevgilisinin QOLUNU PAYLAŞANLARA - VİDEO - FOTOLAR

"Saz kimiyəm. Bilirsiniz, Nazilə xanıma gərək hədiyyə olaraq böyük maşın verilsin. Məsələn QAZ-51".

Bu sözləri News24.az-a açıqlamasında şairə Nazilə Səfərli deyib. O, ilk növbədə getdiyi xınayaxtı mərasimlərinin qiyməti haqda açıqlama verib: "Bəli yüksək qiymət söhbəti məndən sonra başlayıb. Bəzi rəqiblərim müştəri adından zəng edib, məbləğı öyrənib, öz qiymətlərini artırırlar. Hətta bu mövzuda aparıcılardan biri mənimlə kəllə-kəlləyə çıxmağa çalışırdı. Bu gün, dünən çıxıb güya nəsə etmək istəyirdi. Ondan soruşdum ki, xınaya neçəyə gedirsən? Dedi 700 manata. Mən də o zaman qiyməti 1000 manata qaldırmaq istəyirdim, amma bilmirdim necə edim. Qıza dedim ki, mən 1500-ə gedirəm. Səhərisi həmin qızı yığdırdım, o da, dərhal qiymətini qaldırdı, 1500 etdi. Elə-elə bir iki ay 1000 manatdan xınayaxtı mərasimlərimi idarə etdim. Gərək, öz peşənin qiymətini biləsən. Yeri gəlmişkən, deyilən məbləğ xınanın qiyməti deyil. Bir torba xınanın qiyməti 5 manatdır. Hər kəs onu evində edə bilər. Mən xına pulunu almıram, vaxtımın pulunu alıram. Nazilə ərinə, uşağına, qaynanasına ayırdığı zamanının pulunu ödə. Bilirsiniz, mənim bahalı xarakterim ola bilər, amma inanın elə vaxtlar olub ki, cibimdə 5 manatım olub, qıraqdan isə elə görünüb ki, Nazilənin milyonları var. Əsas odur ki, mənəvi olaraq zəngin olasan, gözün tox olmalıdır. Hər süfrədə əyləşməməlisən, hər kişinin çörəyini yeməməlisən. Tanımadığım məclislərdə ilk sualım o olur ki, kimin çörəyini yeyirəm, o adamı mənə göstərin. Əgər, insanın daxilən zəngin olmadığını görsəm, heç vaxt onun çörəyini yemərəm. Acından ölsəm də, yemərəm".

Şairə Nazilə Səfərli həyat yoldaşı haqda da danışıb: "Bilirsiniz niyə həyat yoldaşım müzakirələrə səbəb olur? Çünki, məncə bu məsələni sözün yiyəsi böyüdür. Həyat yoldaşım heç vaxt qadın hesabına dolanmayıb. Çünki "alfons" deyil. İndiki dövrdə bəzi sənətçilərin və aparıcıların yanında "alfons" kişilər gəzir. Onlar çətir məqsədi ilə yanlarında olurlar. 23 ildir evliyik, amma buna baxmayaraq həyat yoldaşımla birinci dəfəydi ki, şəkil paylaşdım. Gündə yanımda gəzdirib, qol-qola şəkil çəkdirib, demirik ki, "Salam əleykum bu mənim həyat yoldaşımdır, gəl-gəl əzizim" bu nədir?! Ağır ol bir az, ayıbdır, kişiliyin, sanbalın olsun. Onun yanına düşən insana da gülməyim gəlir". 

Nazilə Səfərli bəzi sənətçilərin sosial şəbəkədə "Qol" paylaşma trendini lağa qoyub: "Mənim həyat yoldaşımı diri paylaşmaq şansım varsa, niyə onun qolunu göstərim? Ya da ki, xalqın kişisinin əlini, qolunu çəkib niyə paylaşım? Var ər, var xalq. Fərqli şeylərdir".

Sevda Bayramova
Video - FOTO: Fərid Şabanov