-
- 6-11-2019, 10:26
- 1 145
Oqtay Gülalıyev Türkiyəyə YOLA SALINDI
Hüquq müdafiəçisi Oqtay Gülalıyev Türkiyəyə yola salınıb.
News24.az xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün "Facebook" səhifəsində yazıb.
"Artıq atam xüsusi təyyarə vasitəsi ilə Türkiyəyə yola salındı. İstanbulda yerləşən Avrasiya Xəstəxanasına köçürülür".
Qeyd edək ki, Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.
Fond Oktay Gülaliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.
Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.