Nazirliyin əməkdaşları QAN VERDİ - FOTOLAR
    • 7-11-2019, 17:34
    • 472

Nazirliyin əməkdaşları QAN VERDİ - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Talassemiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, xüsusi tibbi briqada tərəfindən əvvəlcə  donorların sağlamlıq vəziyyəti müəyyən edilib. Aksiyada Nazirliyin Aparatının və struktur bölmələrinin əməkdaşlarından ibarət 100-ədək şəxs donor qismində iştirak edib, onlardan qan götürülüb.

“Donor günü” ilə əlaqədar təşkil olunan aksiyada məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən, onlar üçün qan ehtiyatını artırmaqdan ibarət olub. Götürülmüş qan nümunələri də laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.