“Qala Sığorta”nın Şəki nümayəndəliyinin RƏSMİ AÇILIŞI KEÇİRİLİB -  FOTOLAR
    • 8-11-2019, 15:04
    • 1 024

“Qala Sığorta”nın Şəki nümayəndəliyinin RƏSMİ AÇILIŞI KEÇİRİLİB - FOTOLAR

Ölkənin ən aparıcı sığorta şirkətlərindən olan “Qala Sığorta” bölgələrdə yaşayan əhalinin sığorta məhsullarına əlçatanlığını təmin edilməsi istiqamətində apardığı işlərini uğurla davam etdirir. Şirkət əhalinin, o cümlədən müştərilərinin rahatlığını düşünərək regionda daha bir nümayəndəyini istifadəyə verib.

News24.az
xəbər verir ki, şirkət daxili satış strategiyasının tələblərinə uyğun olaraq, bu gün Şəki şəhəri, M.F.Axundov küçəsi 9/6 ünvanında yerləşən ofisinin rəsmi açılışını qeyd edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ofisin açılmasında məqsəd ölkənin bütün regionlarında, ocümlədən Şəki şəhərində təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.
Tədbirdə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov çıxış edərək bildirib ki, dövlət başçısının sosial sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də yeni iş yerlərinin açılmasıdır. Son illər ərzində ölkə başçısının apardığı uğurlu siyasəti nəticəsində ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb. Bu siyatətə dəstək olaraq bildirmək istəyirəm ki, 2018-ci ilin yanvar ayından başlayaq “Qala Sığorta” şirkəti ölkənin müxtəlif regionlarında 10-a yaxın nümayəndəlik və satış ofisi açıb. Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən nümayəndəliklər vasitəsi ilə 50-dən çox işçi işlə təmin olunub. Biz Şəki nümayəndəliyi ilə kifayətlənmirik, düşünürəm ki, bu siyasətimizi növbəti illərdə də davam etdirəcəyik” - deyə T.Yunsurov qeyd edib.
Daha sonra çıxış edənlər bildiriblər ki, “Qala Sığorta” filial və nümayəndəlikləri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığorta məhsullarından yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Şəki və ona qonşu rayonların əhalisi yeni nümayəndəliyə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sərfəli şərtlərlə sığortalaya bilərlər.

Xatırladaq ki, ötən ilin əvvəlindən başlayaraq “Qala Sığota” şirkəti indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz, Bərdə nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışlarını edib. Şirkətin daxili strategiyasına uyğun olaraq, növbəti ildə də müxətlif regionlarda daha bir neçə nümayəndəlik və ya ofisin açılması planlaşdırılır.

Yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir
______________________________________________________________________
Daha ətraflı məlumat üçün İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz
“QALA Sığorta” ASC
AZ1122, Azadlıq pr-ti 124B, Bakı, Azərbaycan
Tel: (+994 12) 377 10 10
Mob: (+994 50) 2 535 535
Mob: (+99450) 246 00 10