"Sevilmək elə bir hissdir ki..." XALQ ARTİSTİ FİDAN HACIYEVA
    • 9-11-2019, 17:49
    • 1 479

"Sevilmək elə bir hissdir ki..." XALQ ARTİSTİ FİDAN HACIYEVA

Bu gün Dövlət Bayrağı Gününür. Bu münasibətlə Azərbaycanın dörd bir yanında tədbirlər düzənlənir, yürüşlər keçirilir.

News24.az xəbər verir ki, tədbirlərdən biri də paytaxtın Fikrət Əmirov adına 6 nömrəli uşaq musiqi məktəbində gerçəkləşib. 
Qeyd edək ki, bu, Xalq artisti Fidan Hacıyevanın sözügedən təhsil ocağına rəhbər təyin olunduqdan sonra ilk konsertidir. Gecədə Azərbaycan, həmçinin də xarici bəstəkarların musiqiləri şaqirdlər tərəfindən böyük məharətlə təqdim olunub. Bayram konserti böyük marağa səbəb olub və gür alqışlarla sona çatıb.

Xalq artisti Fidan Hacıyeva konsertdən dərhal sonra təəssüratlarını bizimlə bölüşüb: "Konsertimiz çox gözəl keçdi. Burada məktəbimizin tədris müdiri Fəxriyə xanımın da böyük zəhməti var. Məktəbimizdə xalq çalğı alətləri, kanon çalanları və instrumental ansambli yaratmışıq. Təyin olunduğum gündən bu yana bir sıra yeniliklər olub. Məşqdə və konsertdə uşaqlar olduqça çox çalışıb, maraqlı proqram ərsəyə gətiriblər. Bir ay gecə- gündüz məşq etdik. Müəllimələr də çox gənc və istedadlıdırlar. İstəyirəm ki, uşaqlarımızı həm ölkəmizdə, həm də xaricdə tanınsınlar. Əsas məqsədim onların zövqlərini düzgün formallaşdırmaqdır. İstedadlıları gərək qabağa çəkəsən, kömək edəsən ".

Xalq artisti "Sevilmək necə bir hissdir" sualına da cavab verib: "Sevilmək çox gözəl bir hissdir. Mən də hər zaman var gücümlə o sevgiyə layiq olmağa çalışıram. Əlimdən gələni edirəm ki, kollektiv, şagirdlər məni sevsinlər. Onları ailəm kimi çox sevirəm”.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov