Zaqatalada raket TAPILDI
    • 9-11-2019, 15:32
    • 710

Zaqatalada raket TAPILDI

2019-cu il 08 Noyabr tarixində saat 16:03-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Zaqatala rayonu, Uzunqazmalar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan News24.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə sərhəd zolağına baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 09 noyabr tarixində də davam etdirilmiş, raketin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilmiş, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ÜmumilikdəAgentlik tərəfindən 01 yanvar – 09 noyabr 2019-cu il tarixlərində 229 siqnal (əməliyyat çağırışı) əsasında198 operativ və təxirəsalınmaz əməliyyat çıxışıolmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş,1 913 ədəd partlamamış hərbi sursat(PHS),28 717 ədəd müxtəlif çaplı patron,12 ədəd piyada əleyhinə mina,26 ədəd tank əleyhinə minavə35 ədəd tank əleyhinə təlim məqsədli minazərərsizləşdirilmiş,169 170 kv.məraziyerüstüvə13 777 kv.məraziyeraltıyoxlanılmışdır.