Bakıda yanacaqdoldurma məntəqələrində fövqəladə vəziyyət - FOTO
    • 9-11-2019, 22:10
    • 727

Bakıda yanacaqdoldurma məntəqələrində fövqəladə vəziyyət - FOTO

Dünən Azərbaycanda avtomobillərin istehlakı üçün pərakəndə satışa çıxarılan maye qazın (lpg) qiymətinin 45 qəpikdən 65 qəpiyə qaldırılmasından sonra bu yanacaq növünün satıldlğı məntəqələrdə sıxlıq və növbə müşahidə edilir.

News24.az-ın məlumatına görə, Bakıda lpg yanacağının satıldığı bütün məntəqələrdə uzun növbələr yaranıb.

Avtomobilinə qaz balonu quraşdırmış sürücülər qiymət artımının gözlənilmədən baş verdiyini deyiblər. Lpg yanacağı ilə yanaşı sıxılmış təbii qaz olan cng yanacağının satıldığı nöqtələrdə də növbələr yaranıb.