Azərbaycanda magistral yollarda sürücülər üçün vacib yeniliklər - FOTO
    • 12-11-2019, 10:48
    • 2 967

Azərbaycanda magistral yollarda sürücülər üçün vacib yeniliklər - FOTO

Azərbaycanda yol kənarında xüsusi istirahət yerləri yaradılmasına başlanılıb.

News24.az-ın məlumatına görə, ölkəmizin bəzi magistral yollarında sürücülərin və sərnişinlərin istirahəti üçün yeni istirahət güşələri yaradılır.
Layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.

Qeyd edək ki, bu layihənin icrasında əsas məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir.

Qanunvericiliyə əsasən agistral yollarda hər 50 kilometrdə bu mərkəzlər olmalıdır.

İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.