-
- 12-11-2019, 14:57
- 732
YUNESKO-nun Baş Konfransının 40-cı sessiyası sabah işə başlayır
Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində 13 noyabr 2019-cu il tarixində keçiriləcək Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransa Respublikasının Paris şəhərində rəsmi səfərdədir.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə YUNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Səfər çərçivəsində Ceyhun Bayramovun YUNESKO Baş Direktorunun təhsil üzrə müavini Stefani Giannini ilə görüşü, eləcə də YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransa Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizim, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirakı planlaşdırılır.