-
- 13-11-2019, 09:41
- 2 593
Bakı metrosunda nə baş verir? - Qatarlar dayandı, işıqlar söndü...
Səhər saatlarında yenə də metroda sıxlıq yaşanıb, qatarların gedişində ləngimələr müşahidə edilib. Bəzi stansiyalarda qatarlar arasında interval 10 dəqiqəyə qalxıb. Qatarlarda işıqların sönməsi isə insanların təlaşlanmasına səbəb olub.
Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun News24.az-a verdiyi açıqlamaya görə, səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların bir neçə dəqiqə gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardır.
B.Məmmədov bildirib ki, heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib:
“Səhər saatlarından metroda sərnişin sıxlığı müşahidə edilir. Xüsusilə metronun “Koroğlu”, “Neftçilər” stansiyasındakı sıxlıq qatarların ləngiməsinə səbəb olur. Bəzi stansiyalara qatar müəyyən gecikmələrlə çatır. Qatarlar gecikdikdə isə təbii ki, sıxlıq da artır”.
B.Məmmədli onu da əlavə edib ki, hazırda qatarlar interval fərqi ilə hərəkət edir.
Afaq Mirayiq