-
- 13-11-2019, 10:35
- 651
Gözdən əlilliyi olanların sosial müdafiəsi üçün İŞLƏR APARILIR
Gözdən əlilliyi olanların mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, daxil olan məlumata görə, dövlət başçısının 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib. Sərəncama əsasən, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılması nəzərdə tutulur. Müvafiq layihə-smeta sənədlərinin hazırlanması işlərindən sonra paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.
Gözdən əlilliyi olan şəxslərin sosial inteqrasiyası sahəsində aparılan işlərdə Heydər Əliyev Fondu tərəfindən mühüm dəstək göstərilir. Fondun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasına xidmət edir.
Həmçinin Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət daşıyır. Nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır. Bu işlərin daha da genişləndirilməsi məqsədilə bu il görmə imkanları məhdud uşaqlar üçün daha 2 sosial reabilitasiya mərkəzi yaradılıb və hazırda 3 belə mərkəz fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunurlar. 2019-cu ildə reallaşan sosial islahatlar çərçivəsində bu müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması, minimum pensiya məbləğinin 200 manata çatdırılması təmin edilib. Həmçinin 1-ci dərəcə gözdən əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Bununla yanaşı, pensiya qanunvericiliyində I qrup əlilliyi olanlar (o cümlədən gözdən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında bir sıra güzəştlər nəzərdə tutulub.
Sağlamlıq imkanları məhdud uşaqlar, o cümlədən görmə imkanları məhdudluğu səbəbi ilə bu kateqoriyadan olan uşaqlara yönələn aylıq müavinət də bu il 83 faiz artırılaraq 150 manata çatdırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub.
Eyni zamanda, Prezident İlham Əliyevin 3 may 2019-cu il tarixli Sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, o cümlədən bu kateqoriyalardan olan görmə imkanları məhdud insanların da ali təhsil müəssisələrində təhsil müddəti ərzində təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan indiyədək 1800-ə yaxın gənc qəbul olunub ki, onlardan bir qismi də görmə imkanı məhdud şəxslər olub. Hazırda mərkəzdə peşə təlimində olan 135 gəncin də bir qismi məhz görmə imkanı məhdud gənclərdir.
Əlilliyi olan şəxslər üçün qanunvericilikdə, o cümlədən əmək münasibətlərində bir çox güzəştlər də nəzərdə tutulub ki, bunlar eyni zamanda gözdən əlilliyi olanlara şamil edilir. Bu kateqoriyadan olanların məşğulluq imkanlarının və əmək bazarına çıxışının dəstəklənməsi, onların peşə hazırlığının təşkili məqsədilə də müvafiq işlər aparılır.