HHQ qarşıya qoyulan tapşırıqları İCRA EDİR - FOTO - VİDEO
    • 13-11-2019, 15:32
    • 504

HHQ qarşıya qoyulan tapşırıqları İCRA EDİR - FOTO - VİDEO

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, plana uyğun olaraq HHQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan aviasiya və hava hücumundan müdafiə vasitələri tapşırıqları dəqiq və effektiv icra edirlər.