Azərbaycanlı müğənninin gəlinsiz toyundan - FOTOLAR
    • 28-08-2018, 10:44
    • 1 176

Azərbaycanlı müğənninin gəlinsiz toyundan - FOTOLAR

Ötən gün müğənni Yaşar Cəlilovun toy məclisi baş tutub.

Özünə gəlinsiz toy edən ifaçının xoş gününə sənət yoldaşları və tanınmış simalar qatılıb.

Məclisin aparıcıları ifaçının prodüseri Vüsalə Kərimova və Samir Bayramlı olub.

Şou-biznes nümayəndələri üçün ayrı toy edən, qohum və yaxınları üçün isə ayrı toy məclisi qurmağa hazırlaşan ifaçı hisslərini belə dilə gətirib:

"Ailəmizdə hər kəs tez ailə qurub. Mənim də evlənməyimi istəyirdilər. Evlənəcəyim xanım şou-biznesdən tamamilə uzaqdır. Mediada görünməsini istəmirəm. Ona görə də ikinci toyda iştirak edəcək. O toya isə 15 ən yaxın sənət dostumu dəvət etmişəm".

Məclisin açılışını əməkdar artist Abbas Bağırov edib. Onun ardınca isə müğənnilər Elçin Cəfərov və Əhməd Mustafayev də canlı ifalarını səsləndiriblər.

Teymur Məmmədov

FOTO: Nurlan Gülməmmədov