Söyüş söyən azərbaycanlı mühacir Fransada HƏBS OLUNDU
    • 14-11-2019, 10:56
    • 1 240

Söyüş söyən azərbaycanlı mühacir Fransada HƏBS OLUNDU

Azərbaycanlı mühacir Rafael Piriyev saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, o, Fransada həbs olunub.

Haqqında cinayət işi başladılan Piriyevin Azərbaycana deportasiyası gözlənilir.

Həbsin dəqiq səbəbi açıqlanmasa da, onun ikinci dəfə Fransaya mühacirətə getdiyi üçün saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, sözügedən mühacir şəxsi sosial şəbəkə hesablarında açıq söyüş və təhqiredici sözlərdən istifadə etməyi ilə tanınır və bu xüsusiyyətinə görə tənqid edilir.