Bakıda vəzifəli şəxsə rüşvət verənə CİNAYƏT İŞİ AÇILDI
    • 14-11-2019, 17:48
    • 1 505

Bakıda vəzifəli şəxsə rüşvət verənə CİNAYƏT İŞİ AÇILDI

Bakıda vəzifəli şəxs rüşvət verən şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Qasımov Azər Alış oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.2-ci, yəni, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

İşin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmə prosesinin başlayacağı gün hələlik təyin edilməyib.