Bu il 259 gənc xaricdə təhsil almaq hüququ qazanıb
    • 15-11-2019, 16:07
    • 724

Bu il 259 gənc xaricdə təhsil almaq hüququ qazanıb

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib.

Təhsil Nazirliyindən News24.az-a verilən xəbərə görə, bu tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4,  ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.