Balakəndə yanğın oldu - kəndlinin bir ton xurması yandı
    • 17-11-2019, 01:04
    • 638

Balakəndə yanğın oldu - kəndlinin bir ton xurması yandı

Balakən rayonunda yanğın hadisəsi baş verib. 


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə,  Qullar kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin tavanı 65 m² sahədə, bitişik, ümumi sahəsi 50 m² olan talvarın tavanı və altına yığılan 2,5 ton xurmanın 1 tonu yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.