Quyruqlu uşağı tanrı elan etdilər - VİDEO
    • 18-11-2019, 10:23
    • 679

Quyruqlu uşağı tanrı elan etdilər - VİDEO

Belində quyruqla doğulan uşaq tanrı adlandırılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı uşaq Hindistanda yaşayır. Dehli sakini Şivam Kumarın belindəki quyruğabənzər tüklər doğulduğu andan mövcud olub. Altı yaşına çatdıqda isə onun uzunluğu 4 sm-ə çatıb.

Oğlan anasının dediyinə görə, uşağı meymuna bənzər tanrı Hanumanın təcəssümü hesab edən zəvvarlar tez-tez onların evlərinə gəlirlər.

Qurunun məsləhəti ilə ailə, zəvvarların uşaqla ünsiyyətini məhdudlaşdırmağa çalışıb, amma möminlər buna əhəmiyyət vermirlər.

Quyruqlu oğlanın nənəsi nəvəsinin meymunlarla çox oxşarlığının olduğunu söyləyib: "O, meymun kimi gülür, daim atlanır, çevrilir və yuxarıdan aşağıya asılır. Biz bunun zamanla keçəcəyini düşünürdük. Eyni zamanda bu, Hanumanın təcəssümü ola biləcəyinə işarədir".

Qeyd edək ki, Hanuman dini, Hinduizmdə ən çox hörmət edilənlərdən biridir, kənd sakinlərinin himayədarı və təlimlərdə müəllimi sayılır.