Xidmətdə olan yol polisini maşın vurdu
    • 20-11-2019, 20:07
    • 643

Xidmətdə olan yol polisini maşın vurdu

Salyanda Dövlət Yol Polisi əməkdaşını avtomobil vurub.
News24.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, Yol Patrul Xidmətinin əməkdaşı Cavadov Şəhriyar Piri oğlunu xidmətdə olan zaman avtomobil vurub.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.