Nazirlik "Ghosty" proqramı ilə bağlı "Facebook"-a MÜRACİƏT ETDİ
    • 21-11-2019, 10:28
    • 1 131

Nazirlik "Ghosty" proqramı ilə bağlı "Facebook"-a MÜRACİƏT ETDİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi ilə bağlı “Facebook” komandasına birbaşa müraciət edib.

News24.az xəbər ki, müraciət əsasında son günlər ölkəmizdə, eləcə də xaricdə “Instagram” sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və “İnstagram”ın gizlilik qaydalarını pozan “Ghosty” tətbiqi “Google Play store” və “App store”dan silinib.