Azərbaycanda qardaş qardaşına cinayət işi açdırdı
    • 21-11-2019, 15:28
    • 671

Azərbaycanda qardaş qardaşına cinayət işi açdırdı

Göyçayda oğurluq etmiş şəxs barəsində qardaşının şikayəti əsasında cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayon sakini Abseyidov Cavid Seyid oğlunun şikayəti əsasında onun qardaşı Eyyub barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni, oğurluq-təkrar törədildikdə maddəsi ilə cinayət işi açılıb.

Cinayət işinə Göyçay Rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyi ilə baxılacaq.