Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kurslarına başlayır
    • 22-11-2019, 15:00
    • 765

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kurslarına başlayır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kurslarına başlayır. 

News24.az-ın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi gənc alimlər və tədqiqatçılar üçün ödənişsiz erməni dili kursları təşkil edir. Erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan və gələcəkdə elmi fəaliyyət ilə məşğul olacaq şəxslər kurslarda iştirak üçün müraciət edə bilərlər. Eyni zamanda, kurslara dövlət qurumlarının nümayəndələri də qatıla bilərlər.
Müraciət üçün son tarix noyabrın 28-dir. 

Kurslar dekbarın 1-dən başlayacaq. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyyə məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur. Dərslər həftədə iki dəfə (çərşənbə axşamı və cümə günləri) saat 18:30-da keçiriləcək.
Dərslərdə 2 dəfədən artıq üzürsüz səbəblərdən iştirak etməyən şəxslər kursdan xaric olunacaqlar.