-
- 29-08-2018, 14:59
- 1 243
Kadırovla müqayisə edilən Manaf: "Hörmətli oğlana “vorzakon” deyirlər"
Müğənni Manaf Ağayev son zamanlar sosial şəbəkənin gündəmindədir.
O, Mətanət Əsədovanın videosunu yayan şəxsin üzr istəməsi prosesi, Şəhriyar Məmmədyarova sponsor olmaq niyyəti və sonuncu dəfə haqqında “Torpağı erməniyə verib, gəlib Bakıda kişi olublar” sözünü işlədən jurnalist Mirismayıl Xələfovun ondan üzr istəməsi ilə gündəmə gəlib.
İş o yerə gəlib ki, sosial media istifadəçiləri müğənnini “vorzakon” adlandırıb, onu Çeçenistanın prezidenti Ramzan Kadırovla müqayisə edirlər.
Belə ki, Kadırov haqqında da istər sosial şəbəkədə, istərsə də normal irad bildirib, onun ünvanına xoşagəlməz fikirlər səsləndirənlər prezidentdən üzr istəməyə məcbur edilir.
Məsələ ilə bağlı danışan Manaf Ağayev insanların onun haqqında yanıldığını bildirib.
“Mən kiməm ki, haqqımda deyirlər ki, Manafa heç kim söz deyə bilməz? Hörmətli oğlan, seçilən ağsaqqal ola bilərəm. Amma mənim kimi yumşaq, sakit adam yer üzündə yoxdur. Bir oğlan ki, ağlamağı bacarırsa, o heç vaxt qəddar ola bilməz”.
Ağayev açıqlamasında ziyalı nəslindən olduğunu və düzgünlük istədiyini vurğulayıb:
“Sadəcə, mənə dəymək olmaz. Haqsızlıq edirlər, olmayan şeyi yazırlar. Bəs mənim balalarım yazıq deyil? Bağışlamağı da bacarıram. Heç vaxt səhv edən oğlan deyiləm, 55 yaşım var. Mənə yaraşmaz. Bilmirəm, haqqımda niyə pis fikirləşirlər.
Biz ziyalı nəsildənik, heç vaxt səhv etmərik. Ən savadsızları mənəm, bir universitet bitirmişəm. Qalan hamısı 2-3 institut, magistratura bitirib. Bizim nəslimizdən nə türməyə düşən, nə də həbsxanada yatan var. Düz ol, min boynuma. Mən düzgünlük istəyirəm”.
Sənətçi söyləyib ki, onun “vorzakon” adlandırılması düzgün deyil:
“Hörmətin varsa, kəndində, el-obanda sayılırsansa, sözün keçirsə, bunu niyə pis qəbul edirlər? Mənə “vorzakon” deyirlər. Ayıbdır. Hörmətli oğlana “vorzakon” deyirlər. Əgər hörmətin varsa, məcburi deyil ki, türmədə yatasan, adam öldürəsən”.
//Oxu.az