Dünyanın gündəmini Lukaşenko zəbt edib:
    • 23-11-2019, 01:27
    • 925

Dünyanın gündəmini Lukaşenko zəbt edib: "Sevgililərinizi işə götürməyin”

Belarus prezidenti Aleksandr Lukaşenko inteqrasiya strukturlarına və holdinqlərə işəgötürmə ilə bağlı xəbərdarlıq edib.
News24.az life.ru-ya istinadən xəbər verir ki, Belarus prezidenti şirkət rəhbərlərinə işə qohumları, oğulları və məşuqələri əvəzinə, peşəkarları götürməyi məsləhət görüb:
“Qohum, uşaq, sevgili axtarmayın. Yaxşı mütəxəssis axtarın”.
Xatırladaq ki, bir qədər əvvəl ölkənin ən gənc deputatı seçilən “Miss Belarus -2018” qalibi Mariya Vasilyeviçlə Lukaşenkonun “romantik əlaqələri”nin olduğu iddia edilmiş, prezident isə bu iddiaları rədd etmişdi.