Gəlin maşını qəzaya düşdü
    • 24-11-2019, 15:43
    • 1 322

Gəlin maşını qəzaya düşdü

Kürdəmirdə avtomobil qəzası olub.


News24.az xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.


Rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota” markalı gəlin maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 2106”da olan iki nəfər müxtəlif növ bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Qəza nəticəsində xasarət alanlar Göyçay sakinləri Xələfov Manaf Zakir oğlu və Manafova Aidə İsgəndər qızıdır.

Fakt araşdırılır.

/Oxu.az/