"Nazpəri Dostəliyevanın evində qulluqçu işləmək istəmişəm" - İLLƏR SONRA ETİRAF
    • 25-11-2019, 15:40
    • 1 697

"Nazpəri Dostəliyevanın evində qulluqçu işləmək istəmişəm" - İLLƏR SONRA ETİRAF

Xəzər Televiziyasında yayımlanan "Ay Zaur" verilişinin növbəti qonağı müğənni Bahar Lətifqızı olub.

News24.az xəbər verir ki, ifaçı valideynlərinin ona tökdüyü qarğışlardan danışıb: "Ananın qarğışı atadan pis tutur. Mən anama demişdim ki, yaxşı ana olsaydın, məni kimsəsizlər evinə atmazdın. Anam isə mənə qarğış edib dedi ki, "Səni görüm övlad üzünə həsrət qalasan". Elə də oldu. İllərlə uşağım olmadı. Sonra barışdıq, üstündən iki ay keçəndən sonra hamilə qaldım".

Müğənni bildirib ki, sənətə təzə gələn ərəfələrdə Xalq artisti Nazpəri Dostəliyevanın evində qulluqçu işləmək istəyib: "Nazpəri xanım ancaq AzTV-yə çıxırdı. Həsrətlə internatdan çıxacağım günü gözləyirdim. Özüm-özümə deyirdim ki, burdan çıxan kimi gedib Nazpəri xanımı tapıb deyəcəm ki, sizin evinizdə işləyəcəm, amma məni müğənni elə".

Sevda Bayramova