Prezident Valeh Ələsgərova VƏZİFƏ VERDİ
    • 25-11-2019, 16:25
    • 887

Prezident Valeh Ələsgərova VƏZİFƏ VERDİ

Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

News24.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, “Ələt azad iqtisadi zonası haqqında” qanuna əlavə edilən keçid müddəasına əsasən, qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.
Xatırladaq ki, V. Ələsgərov Milli Məclis Sədrinin müavinidir.