Elmar Məmmədyarov fransalı səfiri QƏBUL ETDİ
    • 25-11-2019, 18:51
    • 1 152

Elmar Məmmədyarov fransalı səfiri QƏBUL ETDİ

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Zakari Qrosu qəbul edib.

News24.az
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Zakari Qros diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Zakari Qrosa diplomatik fəaliyyətində uğurlar arzu edib.