Tanınmış aşıq Namiq Fərhadoğlu QƏZAYA DÜŞDÜ - VİDEO
    • 26-11-2019, 14:24
    • 928

Tanınmış aşıq Namiq Fərhadoğlu QƏZAYA DÜŞDÜ - VİDEO

Tanınmış aşıq Namiq Fərhadoğlu qəzaya düşüb. Hadisə paytaxtın Tbilisi prospektində qeydə alınıb. 

Bununla bağlı News24.az-a açıqlama verən aşıq bildirib ki, qəza nəticəsində xəsarət alan olmayıb: "Səhər verilişimin canlı efirinə gedirdim. Qırmızı işıq yandı və söndü, mən də öz yoluma getdim. Tələbəmdə yanımda idi. Bir anlıq "Range Rover" markalı avtomobil qabağıma çıxaraq, toqquşub məni vurdu. Hadisə baş verəndən sonra mənimlə acıqlı danışmağa başladı. Heç üzr də istəmədi. Deyir siz sənətçilər hamınız özünüzdən razısınız. Mən də videonu çəkib, "İnstagram"da paylaşdım. Qoy, hər kəs kimin günahkar olduğunu görsün. Yalandan deməyim ki, özüm ciddi xəsarət almışam. Xeyr. Sadəcə olaraq istəyim maşınımı düzəltməsidir".

Qeyd edək ki, faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Sevda Bayramova