"Mənə maraqlı deyil..." - PƏRVİNDƏN SƏRT TƏPKİ
    • 28-11-2019, 18:27
    • 1 815

"Mənə maraqlı deyil..." - PƏRVİNDƏN SƏRT TƏPKİ

Aktrisa Pərvin Abıyevanın sevgilisi olduğu iddia edilən polisin vəzifəsindən uzaqlaşdırıldığı haqda məlumat verilib.

News24.az-a açıqlama verən Abıyeva isə adıçəkilən şəxsin onun sevgilisi olduğunu təkzib edir: "Bu haqda heç nə danışmaq istəmirəm. O şəxslə bağlı heç kim məni narahat etməsin. O, mənim sevgilim deyil".

Aktrisa baş verənlərin günahını özündə görmür: "O adamla bağlı mətbuat yazdı deyə, bu iş oldu. Hadisə jurnalistlərin boynunda qaldı. Qalanı mənə maraqlı deyil..."

Sevda Bayramova