Qadınları təhqir edən politoloq ÜZR İSTƏDİ - VİDEO
    • 29-11-2019, 11:58
    • 669

Qadınları təhqir edən politoloq ÜZR İSTƏDİ - VİDEO

İTV-də yayımlanan "3D" verilişinin növbəti qonağı qalmaqallı politoloq Cümşüd Nuriyev olub.

News24.azxəbər verir ki,  o, həmin gün Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına səsləndirdiyi ifadələrə aydınlıq gətirib: "Söhbət bilavasitə parlamentə hücumdan gedirdi. Həmin vaxt mən millət vəkili kimi orada idim. O vaxt keçirdiyim emosiyanı təkrar yaşadım. İnsan emosional vəziyyətdə olanda beyni ilə dili arasında müəyyən problem yaranır. Ərindən boşanmaq məsələsinə gəlincə, o qadınları tanıyırdım. Fikrim həmin anda kadrlara baxa-baxa söylədiyim fikirlərdir. Sayt mənim dediyim sözləri verir. Orada konkret xanım Xəlilovanın batalyonu demək istədim. Oradakı qadınların heç biri döyüşməmişdi. Birinci Qarabağ qazilərindən üzr istəyirəm. Bütün xanımlardan üzr istəyirəm, çünki söhbət bir əlin barmağı qədər olan qadınlardan söhbət gedirdi. Lakin bunu da deməli deyildim. Məsələnin bu qədər şişməsini istəmirəm. Cəmiyyət mövzusuz qaldığına görə istəyirəm məsələ bağlansın. Hər bir qadın mənə əzizdir".

Sevda Bayramova