Siyavuş Novruzovun xanımı Ombudsman seçildi - Video
    • 29-11-2019, 13:07
    • 1 358

Siyavuş Novruzovun xanımı Ombudsman seçildi - Video

Parlamentin bugünkü plenar iclasında Prezident İlham Əliyevin təklifi ilə Ombudsman seçilib.

News24.az xəbər verir ki, namizədlər Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyeva arasında komitə iclasında müzakirə aparılıb.

Millət vəkillərinin səsverməsi nəticəsində Səbinə Əliyeva 104 səslə Azərbaycanın yeni İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib, 1 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, Ombudsman Elmira Süleymanova plenar iclasda iştirak etməyib.

Xatırladaq ki, S. Əliyeva YAP-çı deputat Siyavuş Novruzovun xanımıdır. /realtv/