Hannibalizm, təcavüz, pedofillik - Bu filmlər psixologiyanızı poza bilər – SİYAHI - VİDEO
    • 30-08-2018, 13:30
    • 6 944

Hannibalizm, təcavüz, pedofillik - Bu filmlər psixologiyanızı poza bilər – SİYAHI - VİDEO

“Bəyin oğulanması” filmində mərhum əməkdar artist Səməndər Rzayevin işlətdiyi “Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib" sözləri bu yazıya tam uyğundur.

Yerli film sektorunda ekran işlərinin qadağan olunması ilə çox az rastlaşsaq da xarici kino sənayesində bu yetəri qədər tez-tez baş verir.

News24.az olaraq dünyanın 60-a yaxın ölkəsində müxtəlif səbəblərə görə yayımı qadağan edilən kinoların siyahısını tərtib etdik.

Yaranan mənzərə isə bir daha sübut etdi ki, dünyanın ən mmüasir ölkələri belə senzuranı qoruyur və ictimaiyyətdə psixi pozğunluğa səbəb ola biləcək məqamların qarşısını almağa çalışır.

“Serbiya filmi” (A Serbian film)

Film Serbiya daxil olmaqla bir çox ölkələrdə ictimai qınaq yaradıb. Buna səbəb isə ekran işində olan  həddən artıq qəddarlıq, reala çox yaxın təcavüz səhnələri, ölü ilə cinsi əlaqə və pedofillik səhnələridir.



“Salo və ya Sadomun 120 günü” (Salo or the 120 days of Sodom)

Rejissor Pyer Paola Pazolinin öldürülkdükdən sonra yayımlanan son filmidir. Bu film də təcavüz və qəddar rəftara görə bir neçə ölkədə qadağan edilib.

“Ölümün simaları” (Faces of death)

Səs-küyə səbəb olan film ölüm haqqındadır. Burada izləyicilərin görməyə adət etdiyi yalançı ölüm və qan səhnələri yoxdur. Ekran işində ölüm və qan realdır. Film 46 ölkədə qadağan olunub.

“Hannibalların cəhənnəmi” (Cannibal Holocaust)

60 ölkədə yayımı qadağan edilən ekran işi “dünyanın ən qadağan olunan filmi” adını alıb.

Ekran işində heyvanlara edilən zorakılıq kadrları realdır. Hətta filmin rejissoru bu səbəbdən heyvan haqlarını qoruyanlardan ölüm təhdidləri alıb. Buna görə də o, uzun müddət gizlənib.

“Snaf 102” (Snuff 102)

Filmdə “Məsləhət görülmür” bildirişi var. Görüntülərdə qadınlara qarşı zorakılıq, ölüm və kobud rəftar səhnələri yer alıb. Hətta həmin səhnələrin real olduğu bildirilir.

Teymur Məmmədov