"Azər Paşa Anarın köməyi olsun" - ELNURDAN HƏMKARINA SİLLƏ KİMİ CAVAB
    • 3-12-2019, 13:53
    • 2 761

"Azər Paşa Anarın köməyi olsun" - ELNURDAN HƏMKARINA SİLLƏ KİMİ CAVAB

Əməkdar artistlər Anar Heybətovla Elnur Kərimov arasında qalmaqal böyüyür.

News24.az-a açıqlama verən Elnur Kərimov bildirib ki, onun əsas istəyi Azərbaycan Teatr Xadimləri İttifaqının inkişafıdır: "Mən Azərbaycan teatrının parlaq gələcəyini düşünürəm. Və gənc aktyor olaraq TXİ-də yeni düşüncənin, baxışın yaranmasını istəyirəm. Yeni teatr nəsli daha da böyük uğurlara imza atmalıdır. Mən fərd olaraq teatrda uğur əldə etmək, mükafatlar almaq və yaxud da başqa nələrəsə nail olmaq istəmirəm. Əməkdar artist Anar Heybətova hörmətim sonsuzdur. Mən "dost" dediyim insana yalnız fəaliyyətində uğurlar arzulaya bilərəm. Onun mənimlə bağlı dediyi fikrə gəlincə, yəqin ki, məcburiyyətdən bu addımı atıb. Azər Paşa Nemətov köməyi olsun".

Qeyd edək ki, Əməkdar artist Anar Heybətov saytımıza açıqlamasında Elnur Kərimovun ünvanına "Onun yerində olsaydım, dəvət olunmamış yerə getməzdim. Azər Paşa Nemətov mənim müəllimimdir, onun kursunu bitirmişəm. İndi bu haqda danışanda elə çıxacaq ki, onun tərəfindəyəm. Amma susa da bilmirəm. Deyə bilmərəm ki, TXİ işləmir, fəaliyyət göstərmir. Bu haqsızlıqdır" kimi fikirlər səsləndirib.

Sevda Bayramova