Filippində 20-ci tayfun - 17 nəfər öldü
    • 4-12-2019, 10:05
    • 579

Filippində 20-ci tayfun - 17 nəfər öldü

Filippində bazar ertəsi axşam başlayan Tisoy tayfunu zamanı ən azı 17 nəfər həyatını itirib.

News24.az "Bloomberg"ə istinadən xəbər verir ki, təbii fəlakətlə bağlı yarım milyona yaxın insan təxliyə edilib. Fəlakətin kənd təsərrüfatına vurduğu zərərin 15,7 milyon dollar olduğu bildirilir.

Hal hazırda üç körpü və bir neçə yol bağlı olaraq qalır. Çərşənbə axşamı Maniladakı beynəlxalq hava limanı da fəaliyyətini dayandırılıb. , Tisoy bu il Filippində baş verən iyirminci tayfundur. Atmosfer vorteksinin mərkəzində küləyin sürəti saatda 150 km-ə çatır.