-
- 4-12-2019, 15:27
- 1 027
Bakıda şirniyyat mağazasına BIÇAQLI BASQIN - VİDEO
Nəsimi rayonu Cavadxan küçəsində yerləşən şirniyyat dükanına basqın edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, naməlum şəxs əlindəki bıçaqla mağazanın satıcılarına hədə-qorxu gələrək kassadan 950 manat pul və 25 manat dəyərində spirtli içkini götürərək hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Arzu Abdullayev saxlanılıb.
Faktla bağlı Arzu Abdullayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.