Əbülfəs Qarayev onlarla görüşdü
    • 4-12-2019, 23:16
    • 1 099

Əbülfəs Qarayev onlarla görüşdü

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
News24.az xəbər verir ki, qonaqları salamlayan Əbülfəs Qarayev Parisdə keçirilən UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirakı zamanı Bəhreynin Mədəniyyət naziri ilə görüşünü xatırladıb, UNESKO ilə əməkdaşlıq çərçivəsində Bəhreynin Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.
Nazir Dünya İrsi Siyahısına daxil olan Muharraq şəhərinin bərpası layihəsinin memarlıq sahəsində ən əhəmiyyətli mükafatlardan biri olan Ağa Xan Mükafatına layiq görülməsi münasibətilə Bəhreyn Krallığına təbriklərini ifadə edib.