74 yaşlı amerikalı qadın ölmüş rəfiqəsi ilə evləndi
    • 31-08-2018, 11:31
    • 684

74 yaşlı amerikalı qadın ölmüş rəfiqəsi ilə evləndi

Yuta ştatının məhkəməsi 74 yaşlı amerikalı Bonni Foster ilə onun bu ilin mayında Solt-Leyk-Siti şəhərində dünyasını dəyişən rəfiqəsi Beverli Qrossanın nikahını qanuni sayıb. Bu cütlük vətəndaş nikahında 50 ildən çox yaşayıb. 

Eynicinslilərin nikahı ABŞ-ın bu ştatında 2013-cü ildə qanuniləşdirilib, ancaq Yutada vətəndaş nikahı ilə bağlı qanun yoxdur. Eyni zamanda, ştat sakinləri məhkəməyə müraciət edərək, onların nikahlarının həqiqiliyinin tanınmasını istəyə bilər. 

Foster deyib ki, qərar açıqlanan zaman onun ürəyi sevgi ilə dolub. 
Qadının vəkili Robert Xul deyib ki, bu, Yutada ikinci analoji qərardır. 

//oxu.az