Bərdədə YANĞIN
    • 6-12-2019, 10:12
    • 529

Bərdədə YANĞIN

Bərdədə yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a  verilən məlumata görə, Bərdə rayonunun Qarayusifli kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin və mətbəxinin yanar konstruksiyaları 22 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.