"Musiqiyə görə ömrümü qurban verərəm" - AİSEL - VİDEO
    • 6-12-2019, 16:51
    • 1 094

"Musiqiyə görə ömrümü qurban verərəm" - AİSEL - VİDEO

Müğənni Aisel yeni klipini təqdim edib.

News24.az xəbər verir ki, ifaçı klipini "Я За Музыку Отдам Всю Жизнь" adlı mahnısına çəkdirib. Aisel yeniliyi haqda bunları deyib: "Bu yaxınlarda yeni mahnı üçün video yayımlayacağımızı bildirdik və bu gün həmən videonu tamaşaçılara təqdim edirik. "Я За Музыку Отдам Всю Жизнь" mahnısının dərin emosional yükü var. Parça pop/drum & bass üslubundadır və bu mahnıya daha yüksək motivasiya ruhu verir. Mahnının qəhrəmanı müxtəlif həyat vəziyyətləri qarşısında qalır, amma bununla yanaşı, sarsılmaz musiqi eşqindən bəhs edir. Mahnının müəllifi özüməm. Aranjemanı isə Emin Kerimə (STKHA) məxsusdur. Klipin çəkilişləri Moskva şəhərində artıq əməkdaşlıq etdiyimiz "Rosslane film" şirlkəti tərəfindən çəkilib. Videonun rejissoru Ross Lane, DOP - Lev Kostenko, montaj isə Viktoriya Mixaylyuka məxsusdur. Bir daha bütün heyətə və bu layihədə iştirak edən hər kəsə və xüsusilə Yaromir və Sofiya Şevçenkolara, Pavel Naumov və İvan Reshetnyak'a dərin təşəkkürümüzü bildirmək istəyirik.
".

Aiselin üslubu üzərində dizayner-stilist Heydər Əmir işləyib, videoda isə əsas rollardan birini canlandırıb.