"Gərək, ondan da pis söyərdin" - OKSANA RƏSULOVA - VİDEO
    • 6-12-2019, 18:42
    • 1 706

"Gərək, ondan da pis söyərdin" - OKSANA RƏSULOVA - VİDEO

""Sevgi romanı" filmimi hələ ki, şəxsi səhifəmdə paylaşmasam da, "Youtube"də yayımlamışıq. Hələ ki, pis rəy yazan olmayıb".

Bu sözləri News24.az-a açıqlamasında rəqqasə, aktrisa Oksana Rəsulova deyib. O, bildirib ki, ekran işinin müəyyən bir hissəsində söyüşlər var: "Mən o sözləri elə- belə deməmişəm. Tamaşaçı filmə baxandan sonra deyəcək ki, "Hələ az demisən. Gərək, ondan da pis söyərdin". Amma real həyatda mən söyüş söyə bilmirəm. Cəhd etsəm də, pis səslənər. Amma filmdəki hadisə bunu tələb elədi".

Rəqqasə rəqsdən uzaqlaşmadığını xüsusi vurğulayıb: "Əsla rəqslə vidalaşa bilmərəm. Bu yaxınlarda rəqslə bağlı möhtəşəm layihəyə imza atacam". 

Sevda Bayramova