Sabah arabir yağış yağacaq
    • 8-12-2019, 14:23
    • 1 124

Sabah arabir yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Axşama doğru əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 85-95 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitində gəlincə, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.