İraqda etirazlar davam edir - 2626 nəfər həbs olundu
    • 9-12-2019, 11:51
    • 618

İraqda etirazlar davam edir - 2626 nəfər həbs olundu

İraqda hökümət əlehinə keçirilən aksiyalar zamanı 2626 nəfər həbs olunub.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, daha sonra sərbəst buraxılan etirazçılardan 186-sı haqda istintaq işi davam etdirilir. Onlara qarşı müxtəlif ittihamlar irəli sürülüb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, etirazlar zamanı saxlanılan vətəndaşların sənədləri İraq parlamentinin işçi qrupu tərəfindən araşdırılır.