USD 1.7
EUR 1.8782
TRY 0.2865
RUB 0.0275
  • Bakı 6°C
  • ŞUŞA 2°C
  • GƏNCƏ -2°C
  • LƏNKƏRAN 8°C
  • ŞƏKİ 2°C
  • QUBA 1°C
  • NAXÇIVAN -5°C

Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir - FOTO

Siyasət

Mətn ölçüsü

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə toplanış keçirilir.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Müdafiə nazirinin müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılacaq. Toplanış zamanı iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, eləcə də atıcı silahlardan atışlar icra olunacaq.

Qalereya

4

Xəbəri paylaş: