"Azərbaycandaı 23 mindən artıq könüllü var" - NAZİR
    • 10-12-2019, 16:12
    • 566

"Azərbaycandaı 23 mindən artıq könüllü var" - NAZİR

Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir. Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik".

News24.az -ın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbə-könüllülərinin Forumunda bildirib. O qeyd esib ki, ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir:"Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

C.Bayramov əlavə edib ki, hazırda dünyada 1 milyona yaxın insan könüllülük hərəkatına qoşulub. Dünyada hər 7 nəfərdən biri könülllüdür. Azərbaycanda da könüllülüyün son illərdə geniş vüsət aldığını deyən C.Bayramov qeyd edib ki, bu hərəkat ilbəil artır:" Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Hər bir gənc üçün bu, həyat kredosuna çevrilməlidir.

Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi , süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə maraqlarımıza uyğun peşələrin seçilməsi həmin peşələr üzrə yüksək ixtisaslı mütəxəssis olması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olması kimi vacib vəzifələri özünüz üçün müəyyən etməlisiniz. Bunlar sizin üçün əsas prioritetlər olmalıdır".

Afaq Mirayiq