Ağdamda 3 otaqlı evdə PARTLAYIŞ
    • 11-12-2019, 11:01
    • 951

Ağdamda 3 otaqlı evdə PARTLAYIŞ

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.