"3042 tibb müəssisəsi TƏBİB-ə verildi"- ŞÜKÜR EYVAZOV
    • 11-12-2019, 13:35
    • 2 042

"3042 tibb müəssisəsi TƏBİB-ə verildi"- ŞÜKÜR EYVAZOV

20 gün sonra mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılır. İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBiB yaradıldı. Bununla Səhiyyə nazirliyinin tabeliyindəki bir çox tibb müəssisələri TƏBİB-ə verildi. Bu müəssisələrinin sayı 3042-dir".

Newa24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. O bildirib ki, 2017- ci ilin yanvarın 1-dən Yevlax və Mingəçevirdə pilot layihəyə başlanılıb. Sonra Ağdaş da bu layihəyə qoşuldu:

"Həmin ərazidə 370 min əhaliyə, bunlardan 30 mini məcburi köçkün və qaçqın statusu olan insanlara xidmət göstərildi. Burada tibbi xidmət tam ödənişsiz idi və dövlət tərəfindən həyata keçirilirdi. Layihədən sonra mənfi və müsbət nəticələr əldə etdik. Bununla da araşdırmalar apardıq. Kənd məntəqəsindən başlayaraq ən yüksək xəstəxanaların qiymətləndirilməsinə başlanıldı. Qiymətləndirmə dedikdə infrasturuktur, maddi texni baza və kadr potensialı nəzərdə tutulur. Bu böyük zaman tələb edən bir işdir. İl ərzində qiymətləndirmə tam başa çatdırıldı. Bununla müəyyən olundu harda kadr, insfrastruktur və ya maddi texniki baza problemləri var".

Ş.Eyvazov əeyd edib ki, nəticələrə görə, 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə keçirilməsini təklif etdik:

"İlk olaraq şimal zonasından tətbiqinə başlayacıq. Şimal ərazidən başqa pilot olaraq işlədiyimiz ərazilər də bura aid ediləcək. Bununla 23 ərazi vahidində ilk olataq tətbiqinə başlanılacaq. Burəda 2 milyon 200 mindən çox əhali iştirak edəcək. Daha sonra mərhələli şəkildə digər regionlarda həyata keçiriləcək".

O qeyd edib ki, icbari tibbi sığorta haqları aprelin 1-dən ödəniləcək:

"Verilən tibbi xidmət yüksək keyfiyyətdə olmalıdır. Hər bir vətandaşa dövlət tərəfindən 90 manat ayrılıb. İlk 3 ay heç bir vətəndaşdan icbari tibbi sığorta haqqı tutulmur. Apreldən başlayaraq isə bu haqlar tutulacaq".

Afaq Mirayiq